AUT.AZ

“Kəpəz” ona qiymət kəsdi: Kimin 100 mini varsa…

“Kəpəz”də “yarpaq tökümü” yaşandığı vaxtda diqqətlər komandanın aparıcı futbolçusuna yönəlib.

Ötən mövsüm sarı-göy formada meydana çıxdığı 35 oyunda rəqib qapılarına 12 qol vuran Abdullahi Şuaybunun Premyer Liqa klublarının maraq dairəsində olması normaldır.

Lakin onu “Kəpəz”dən qoparmaq heç də asan olmayacaq.

İş burasındadır ki, Şuaybu ötən ilin yayında klubla 2 illik sözləşməyə imza atıb. Bu isə o deməkdir ki, nigeriyalı forvardın müqavilə müddəti 2024-cü ilin iyununda başa çatacaq.

Yox, futbolçunun özü karyerasını daha üstün şərtlərlə başqa klubda davam etdirmək həvəsinə düşsə, həmin klub Gəncə təmsilçisinin tələb etdiyi təzminatı ödəməlidir. Həmin məbləğin 100 min manatdan az olmayacağı dəqiqdir.

Exit mobile version