AUT.AZ

Misirdə iki medal qazandılar

Azərbaycanın bədii gimnastları Misirin paytaxtı Qahirədəki “Pharaohs Cup”da gümüş və bürünc medal qazanıblar.

Aut.az xəbər verir ki, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandası 5 ip və 5 topla hərəkətlərin icrasında ikinci yeri tutaraq gümüş medal əldə edib.

Fərdi gimnast Nuray Əhmədzadə isə lentlə hərəkətlərdə bürünc medala sahib çıxıb.

Exit mobile version