AUT.AZ

Almaniya Ukrayna ilə heç-heçə etdi

Bremen şəhərində Almaniya və Ukrayna milliləri arasında yoldaşlıq oyunu keçirilib.

Aut.az xəbər verir ki, qarşılaşma 3-3 hesablı heç-heçəylə başa çatıb. Bu, Almaniya millisinin tarixində 1000-ci oyun olub. Eyni zamanda Sergey Rebrov Ukrayna millisinin baş məşqçisi kimi ilk oyununa çıxıb.

Bu, iki komandanın tarixləri ərzində 4-cü heç-heçəsidir. İndiyə qədər komandalar 8 dəfə üz-üzə gəlmişdi. Həmin qarşılaşmalardan 5-i Almanların qələbəsi ilə, üç oyun isə heç-heçə yekunlaşmışdı.

Exit mobile version