AUT.AZ

UEFA və FİFA-ya səsləndi – Bu mümkün deyil

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola təqvimin sıxlığından danışıb.

“Növbəti mövsüm haqqında düşünməyə gücüm yoxdur, bu mümkün deyil. Bizə fasilə lazımdır. Artıq indi futbolçularımız yığmaların oyunlarına getməlidirlər. UEFA və FİFA, fikirləşin. Premyer Liqa iki-üç həftə əvvəl başa çatıb, amma indi oyunçular geri qayıtmalıdırlar”, – BBC Qvardioladan sitat gətirib.

Xatırladaq ki, iyunda futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin növbəti oyunları keçiriləcək.

Aut.az

Exit mobile version