AUT.AZ

40 min dollara onunla şam et: xəbərdarlıq edildi

Çinli azarkeşlərə Argentina millisinin Pekinə gəlişindən günlər əvvəl ortaya çıxan fırıldaqla bağlı xəbərdarlıq edilib.

Aut.az xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb.

Belə ki, reklamların birində Argentina millisinin hücumçusu Lionel Messi ilə 300 min yuana (42 min dollar) şam yeməyi etmək təklif olunub. Pekin İctimai Təhlükəsizlik Xidməti vətəndaşlara bununla bağlı zarafatyana xəbərdarlıq edib.

Bildirib ki, 300.000 yuan dələduzluğu bacaracaq şəxslə bakal qaldıracaq.

40 min dollarlıq “xidmət”ə şam yeməyindən əlavə Argentina matçına 701 dollarlıq bilet, həmçinin Lionelin imzası olan köynək və futbolçu ilə şəkil çə\kdirmək də daxil edilib.

Varlı vətəndaşlardan isə 7 milyon dollar tələb edilib. Bunun qarşılığında vəd edilib ki, Messi canlı efirdə onların şirkətləri haqda danışacaq. İyunun 15-də Argentina Pekində Avstraliya ilə yoldaşlıq oyunu keçirəcək.

Aut.az

Exit mobile version