AUT.AZ

1 oyunla 2 ÇL kubokunu necə qazanıb?

“Mançester Siti”nin qapıçısı Skott Karson ikinci dəfə Çempionlar Liqasının qalibi olub.

Aut.az xəbər verir ki, o, mövsümdə turnirin heç bir oyununda meydana çıxmadan bu uğuru əldə edib. Karson ilk titulunu 2005-ci ildə “Liverpul”da oynayarkən qazanıb. Həmin mövsümdə Skott yalnız bir görüşdə komandasının qapısını qoruyub. 37 yaşlı “Mançester Siti” ilə Çempionlar Liqasında cəmi 18 dəqiqə meydanda olub. Bu, ötən mövsümdə “Sportinq”lə oyuna təsadüf edib.

Qeyd edək ki, Karsonun hər iki qələbəsi İstanbuldakı finalda qeydə alınıb.

Exit mobile version