AUT.AZ

“Real” onunla müqaviləni uzatdı

“Real”ın yarımmüdafiəçisi Brahim Diasla müqaviləsini 2027-ci il iyunun 30-na kimi uzadıb.

Aut.az xəbər verir ki, 23 yaşlı futbolçu peşəkar karyerasına “Mançester Siti”də başlayıb, 2019-cu ildə “Real”a keçib.

Son iki mövsümdə Dias “Milan”da icarə əsasında çıxış edib. Bu mövsüm yarımmüdafiəçi İtaliya klubunun heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 7 qol vurub, 6 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version