AUT.AZ

Leonun yerinə onu gətirmək istəyirlər, amma…

PSJ yay transfer pəncərəsində “Mançester Siti”nin yarımmüdafiəçisi Bernadr Silvanı heyətinə qatmağa hazırlaşır.

Aut.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat verib.

Paris klubu portuqaliyalını “İnter Mayami”yə keçən Lionel Messinin yerini doldurmaq üçün transfer etmək istəyir.

PSJ-nin fFutbol müşaviri Luis Kampos Silvanı əsas hədəf kimi müəyyənləşdirib. Bununla belə, “Siti” oyunçu ilə yollarını ayırmaq istəmədiyi üçün onu transfer etmək asan olmayacaq.

Aut.az

Exit mobile version