AUT.AZ

Agentləri “Liverpul”la danışıq aparır  

“Bavariya”nın müdafiəçisi Benjamin Pavar karyerasını İngiltərədə davam etdirə bilər.

Aut.az xəbər verir ki, bu barədə “SportBILD”-in jurnalisti Kristian Falk məlumat verib. Futbolçunun agentlərinin “Liverpul”la danışıq apardığı bildirilir.

27 yaşlı fransalı futbolçu yayda ayrılmaq istədiyini Münhen klubuna xəbər verib.

Pavarla “Liverpul”dan başqa, “Çelsi”, “Barselona”, “Milan” və “İnter” də maraqlanır.

Pavar ötən mövsüm “Bavariya”nın heyətində 43 oyun keçirib və 7 qol vurub.

Aut.az

Exit mobile version