AUT.AZ

“Səbail” “Şaxtyor”un futbolçusunu göndərdi

“Səbail”in ötən yay “Şaxtyor”dan (Donetsk) icarəyə götürdüyü Maksim Çexlə yolların ayrıldığını rəsmən açıqlayıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Açıqlamada oyunçunun məxsus olduğu “Şaxtyor” (Donetsk) klubu  ilə mövsümün sonunda başa çatan icarə müqaviləsinin müddətinin yenilənmədiyi bildirilib.

Qeyd edək ki, Maksim Çex 2019-cu ildə Ukraynanın U-20 milli komandası ilə dünya çempionatının qalibi olub.

O, 2022/23 mövsümü Misli Premyer Liqasında 29, Azərbaycan kubokunda 2 matç daxil olmaqla “Səbail”də ümumilikdə 31 oyun keçirib, 2 qol vurub.

Exit mobile version