AUT.AZ

“Qızıl top”un qalibi bu tarixdə açıqlanacaq

“France Football” jurnalı 2023-cü ildə “Qızıl top”un verilmə tarixini açıqlayıb.

Aut.az xəbər verir ki, mərasim oktyabrın 30-da Parisdə baş tutacaq.

30 namizəd sentyabrın 6-da elan olunacaq. Həmin gün 20 qadın iddiaçı, həmçinin ən yaxşı qapıçıya veriləcək Lev Yaşin mükafatına və ən yaxşı gənc oyunçu (21 yaşa qədər) üçün Kopa mükafatına namizədlər də açıqlanacaq.

Mart ayında Lionel Messinin “Qızıl top”u qazanmağa əsas favorit olduğu bildirilib.

Exit mobile version