AUT.AZ

PSJ-nin qapıçısı yenidən komaya düşdü

PSJ-nin qapıçısı Serxio Riko yenidən komaya düşüb.

Aut.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Qapıçı hələ də Sevilyadakı xəstəxanadadır. İyunun 7-də Rikonun vəziyyətinin getdikcə yaxşılaşdığı, lakin ciddi olduğu barədə məlumatlar ortaya çıxdı. Bu gün, iyunun 9-da həkimlərin yenidən onu süni komaya saldığı  məlum olub.

Qeyd edək ki,  Riko atdan yıxılaraq kəllə-beyin travması alıb.  O, Sevilyadakı xəstəxanalardan birinə yerləşdirilib və ona beyin qanaması diaqnozu qoyulub. Riko 2020-ci ildən PSJ-də çıxış edir. Qapıçının klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Aut.az

Exit mobile version