AUT.AZ

Mahir Emreli Azərbaycana qayıdır: Bu klubla danışıq aparacaq

Geridə qoyduğumuz mövsümün ikinci yarısını “Konyaspor”da keçirən, müqavilə ilə Zaqreb “Dinamo”suna məxsus olan Mahir Emreli karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

Aut.az-ın əldə etdiyi məlumata görə, 25 yaşlı futbolçunun sabiq komandası “Qarabağ”a dönmə ehtimalı yaranıb. Heyətində dəyişikliklər baş verən Ağdam təmsilçisi Mahirin xidmətində maraqlıdır.

Ramil Şeydayev, Filip Ozobiç kimi yerli futbolçularını itirən “köhlən atlar” onlara əvəzləyici tapa bilməyib.

Xüsusilə Ramilin gedişindən sonra hücum xəttində universal yerli futbolçuya ehtiyac yaranıb. Bu səbəbdən Emrelinin geri dönməsinə isti yanaşılır.

Milli komandaların oyunları ilə əlaqədar Bakıya gələn forvardla bu barədə müzakirələr aparılacaq.  Onun icarə əsasında 1 ilik heyətə cəlb ediləcəyi gözlənilir.

Mahir “Qarabağ”a dönməkdə maraqlıdır. Geridə qalan mövsümdəki çıxışından narazı qalan futbolçu onu yaxından tanıyan Qurban Qurbanovla bir arada işləmək və toparlanıb “Dinamo”ya dönmək niyyətindədir.

Aut.az

Exit mobile version