AUT.AZ

Messiyə bu nömrəni verdilər

Argentinalı hücumçu Lionel Messinin “İnter Mayami”dəki forma nömrəsi müəyyənləşib.

Aut.az xəbər verir ki, 36 yaşlı oyunçu 10 nömrəli forma ilə çıxış edəcək. Bu barədə “Clarin” məlumat yayıb.

O, sabiq klubu “Barselona”da da bu nömrəli formanı geyinib. PSJ-də isə 10 nömrə Neymara məxsus olduğu üçün Lionel 30-cu nömrə ilə oynamalı olub.

Bildirilib ki, yeni komandada rahat olmasını təmin etmək üçün “İnter Mayami” Messi üçün 10 nömrəni ayırıb.

Exit mobile version