AUT.AZ

Konfrans Liqasının ən yaxşısı o oldu

UEFA Konfrans Liqasında mövsümün ən yaxşı oyunçusu bəlli olub.

Aut.az xəbər verir ki, “Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays UEFA tərəfindən Konfrans Liqasında mövsümün  oyunçusu seçilib.

24 yaşlı ingilisin hesabında Konfrans Liqasında 11 matçda 1 qol və 1 məhsuldar ötürmə var. Onun ötürmələrinin dəqiqliyi 92,6% təşkil edir.

Qeyd edək ki, “Vest Hem” Konfrans Liqasının finalında “Fiorentina”nı 2:1 hesabı ilə məğlub edib.

Aut.az 

 

Exit mobile version