AUT.AZ

“Beşiktaş”da ilk ayrılıq

Türkiyənin “Beşiktaş” klubunda ilk ayrılıq gerçəkləşib.

Aut.az xəbər verir ki, İstanbul təmsilçisi Atiba Hatçinsonla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Qara qartallar” kanadalı yarımmüdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsinin müddətini artırmayıb.

Qeyd edək ki, “Beşiktaş” Atiba Hatçinsonu 2013-cü ilin yayında PSV-dən transfer edib. 40 yaşlı futbolçu “ağ-qaralar”ın heyətində meydana çıxdığı 334 rəsmi matçda 27 qol və 27 məhsuldar ötürmə ilə yadda qalıb.

Exit mobile version