AUT.AZ

Ukrayna yığması ona tapşırıldı – Rəsmi

Ukrayna millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 Aut.az xəbər verir ki, millini bundan sonra Sergey Rebrov çalışdıracaq. Bu barədə Ukrayna Futbol Federasiyasının saytı məlumat yayıb.

Mütəxəssisin debütü iyunun 12-də Almaniya ilə yoxlama oyununda baş tutacaq. Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Ukrayna iyunun 16-da Şimali Makedoniya, 19-da isə Malta ilə qarşılaşacaq.

Rebrov daha əvvəl Kiyev “Dinamo”su,  Əl-Əhli”, “Ferensvaros” və “Əl-Ayn” kimi klublarda çalışıb.

Aut.az

Exit mobile version