AUT.AZ

“Real”dan 103 milyonluq transfer – RƏSMİ

“Real” “Borussiya”nın (Dortmund) futbolçusu Cud Bellingemi transfer edib.

Aut.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin rəsmi saytı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi “kral klubu” ilə 6 illik müqavilə imzalayacaq.

Madridlilər İngiltərə millisinin üzvü üçün Dortmund klubuna 103 milyon avro təzminat ödəyəcək. Oyunçunun yeni komandasında illik məvacibi isə təqribən 10-12 milyon avro təşkil edəcək.

Cud Bellingem ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində 31 oyuna 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Exit mobile version