AUT.AZ

Onun şərəfinə qanun qəbul olundu

Rio-de-Janeyro Qanunvericilik Assambleyası irqçiliyə qarşı qanun layihəsini qəbul edib.

Aut.az “Globo”ya istinadla xəbər verir ki, “Real”ın və Braziliya yığmasının futbolçusu Vinisius Juniorun şərəfinə adlandırılan bu qanun, irqçilik halında idman oyunlarının dayandırılmasını və hətta ləğv edilməsini tələb edir.

Qanun, həmçinin irqçilik təzahürləri ilə bağlı prokurorluqda  şikayətlərə baxılması və qurbanların hüquq müdafiə təşkilatlarına göndərilməsi protokolunu tənzimləyir.

Vinisius Junior La Liqada dəfələrlə azarkeşlərin irqçi təhqirlərinin qurbanı olub.

Exit mobile version