AUT.AZ

Messi rəsmən açıqladı: Bu kluba keçirəm, qərar qəbul edilib  

Argentinalı hücumçu Lionel Messi ABŞ-ın “İnter Mayami” klubuna keçəcəyini açıqlayıb.

“Mən “Barselona”ya qayıtmıram, “İnter Mayami”yə keçirəm.  Keçid 100 faiz həll olunub, qərar qəbul edilib. Söhbət puldan getsəydi, Səudiyyə Ərəbistanına və ya başqa yerə gedərdim. Həqiqət budur ki, mənim son qərarım puldan yox, başqa şeydən asılıdır”, – deyə Messi bildirib.

ABŞ klubu Messi ilə 2025-ci ilin yayına qədər müqavilə bağlayacaq.

Messi 2022/23 mövsümünün sonunda PSJ-dən ayrılıb.

“Barselona”nın argentinalını geri qaytarmaq istədiyi məlum idi. Həmçinin dünya çempionuna Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan da təklif gəlmişdi.

Aut.az

Exit mobile version