AUT.AZ

Kiminin əvvəli, kiminin axırı: Ronaldoya burada yer olmadı

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo 2022/2023 mövsümünün sonunda Səudiyyə Ərəbistanı Liqasının simvolik komandasına düşə bilməyib.

Aut.az xəbər verir ki, Səudiyyə Liqası simvolik komandanın tərkibini açıqlayıb və çoxlarını təəccübləndirən odur ki, Ronaldo orada yer almayıb.

Bəzi azarkeşlər və analitiklər bu qərara şübhə ilə yanaşırlar, çünki mövsüm ərzində portuqaliyalı 16 oyunda 14 qol vurub və iki məhsuldar ötürmə edib.

Nəzərə almaq lazımdır ki, futbolçu yanvarda, Qətərdə keçirilən dünya çempionatından sonra kluba qoşulub.

Simvolik komandaya “Əl-Nəsr”in iki futbolçusu – Luis Qustavo və Qisleyn Konan daxil edilib.

Aut.az

Exit mobile version