AUT.AZ

Bu nəhənglə razılaşdı, əsgərliyə gedir

“Napoli”nin futbolçusu Kim Min Ce karyerasını “Mançester Yunayted”də davam etdirəcək.

Aut.az xəbər verir ki, “Mançester Yunayted” müdafiəçinin müqaviləsində olan 60 milyon avroluq satınalma bəndini aktivləşdirib. Bu barədə İngiltərə mətbuat məlumat yayıb. 26 yaşlı futbolçu yeni klubuna keçməzdən əvvəl Cənubi Koreyada hərbi xidmətə yollanacaq.

Qeyd edək ki, Kim Min Ce “Napoli”yə ötən yay 18 milyon avro qarşılığında “Fənərbağça”dan keçib.

Exit mobile version