AUT.AZ

Azərbaycan Premyer liqasının bombardiri geri qayıdır

Yeni mövsümdə üçün heyətində ciddi dəyişikliklər edən “Səbail” transfer bazarının ən aktiv klublarından biridir. “Dənizçilər”in baş məşqçisi Şahin Diniyev də rəhbərlikdən bir neçə futbolçunun transfer edilməsini istəyib.

Aut.az-ın əldə etdiyi məlumata görə, onlar arasında Azərbaycan futboluna yaxşı tanış olan Baqali Dabo da var. Diniyev “Neftçi” və “Qəbələ”dəki çıxışları ilə tanınan 35 yaşlı forvardı komandasına görməkdə israrlıdır.

“Səbail” rəhbərliyinin yaxın günlərdə azad agent olan fransalı futbolçu ilə təmasa keçəcəyi gözlənilir.

Qeyd edək ki, 2 dəfə Azərbaycan Premyer Liqasının bombardiri olan Dabo son olaraq Kiprin “Apollon” (Limassol) klubunda çıxış edib.

Aut.az

Exit mobile version