AUT.AZ

Özü Messi ilə görüşə görə sevinib, qızı isə Neymara

Məşhur tennisçi Novak Çokoviç hazırda Fransa Açıq Çempionatı üçün Parisdədir.

Aut.az xəbər verir ki, Novak istirahət günü PSJ – “Klermont” oyununu izləyib.

Şənbə gecəsi dünyanın üç nömrəsi hər iki övladını da Messi və Neymarla görüşmək şanı olduğu üçün “Parc des Princes”ə aparıb. Ancaq qızı Tara braziliyalı oyunçu ilə daha çox maraqlanıb.

“Onlarla ilk dəfə şəxsən tanış oldum, böyük çempiondurlar.

Onlarla, xüsusən də futbol tarixində əla iz qoymuş Messi ilə görüşmək çox xoş idi.

Oyundan əvvəl onları narahat etmək istəməzdim. Amma matçdan əvvəl soyunub-geyinmə otağına gedərkən məni görüb salam vermək üçün gəldilər”, – Novak deyib.

Cokoviçin özü Messi ilə görüşmək üçün xüsusilə həyəcanlı olsa da, qızı Tara Neymarla görüşmək üçün səbirsizlənib, lakin futboldan çox rəqslə əlaqəli bir səbəbdən.

Cokoviç deyib: “Neymar Taranın formasını imzaladı və bu, maraqlı bir hekayədir. Qızım idmanı izləmir, amma onun məktəbdən bir dostu var, yarı braziliyalı, yarı serb. Bu qız Neymar haqqındakı mahnıya hər zaman rəqs edir. Ona görə də onunla görüşməyi çox istəyirdi”.

Aut.az

 

Exit mobile version