AUT.AZ

“Qızıl buts”u da qazandı: Tayı-bərabəri olmayıb – Siyahı

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland 2022/2023 mövsümündə “Qızıl buts”u qazanıb.

Aut.az xəbər verir ki, Haaland son iki mövsümün bombardiri olan Robert Levandovskidən estafeti qəbul edib. 22 yaşlı norveçli hücumçunun bu mövsüm ciddi rəqibi olmayıb.  Haaland İngiltərə Premyer Liqasında 36 qol vuraraq və yekun sıralamada 72 xal toplayaraq mövsümü şəksiz lider kimi başa vurub.

Liqaların əmsalları nəzərə alınmaqla Avropanın ən yaxşı bombardirlərinin tam siyahısı:

  1. Erlinq Haaland (Mançester Siti) – 36 qol x 2 = 72 xal
  2. Harri Keyn (Tottenhem) – 30 x 2 = 60
  3. Kilian Mbappe (PSJ) – 29 x 2 = 58
  4. Aleksandr Lyakazet (Lion) – 27 x 2 = 54
  5. Viktor Osimhen (Napoli) – 26 x 2 = 52
  6. Conatan Devid (Lill) – 24 x 2 = 48
  7. Robert Levandovski (Barselona) – 23 x 2 = 46
  8. Enner Valensiya (Fənərbaxça) – 29 x 1,5 = 43,5
  9. Folarin Baloqun (Reyms) – 21 x 2 = 42

10-11. Lautaro Martinez (İnter) – 21 x 2 = 42

10-11. Lua Openda (Lans) – 21 x 2 = 42

Exit mobile version