AUT.AZ

Bacısını boğmaq istəyən futbolçu həbs edildi

Əlcəzair millisinin 31 yaşlı sabiq futbolçusu İshak Belfodil Paris yaxınlığındakı Elankur şəhərində Fransa polisi tərəfindən həbs edilib.

Aut.az xəbər verir ki, həbsə səbəb futbolçunun 5 yaşlı bacısına qarşı zorakılığıdır. Fransa mətbuatının yazdığına görə, Belfodil onu boğmağa çalışıb.

Belfodil 2022-ci ilin yayından Qətərin “Əl-Qarafa” klubunda çıxış edir. Hücumçu “İnter”, “Parma”, “Bolonya”, “Livorno”, “Standard”, “Verder”, “Hoffenhaym” və “Herta” kimi klublarda da oynayıb. O, “Lion”un yetirməsidir. Əlcəzair millisində 17 oyun keçirib və 2 qol vurub.

Aut.az

Exit mobile version