AUT.AZ

Ax ruhsuz yaponlar: Pulu mənəvi dəyərdən üstün tutdular

“Vissel Kobe” Andres İnyestanın iyunun 6-da keçiriləcək yoldaşlıq oyununda “Barselona”nın forması geyinməsinə icazə verməyəcək.

Aut.az xəbər verir ki, Kataloniya təmsilçisi yarımmüdafiəçinin hər komandanın heyətində bir hissə oynaması üçün Yaponiya klubu ilə danışıqlar aparmağa çalışıb. İnyestanın özü də bu ideyanı çox dəstəkləyirdi.

Amma “Vissel Kobe” katalonların təklifi ilə razılaşmayıb – onlar 39 yaşlı futbolçunun Yaponiya komandasının tərkibində hər iki hissədə oynamasını istəyirlər, çünki bu görüş reklam məqsədi üçün çox vacibdir.

“Barselona”nın əfsanəsi iyulda rəsmi olaraq Yaponiya klubunu tərk edəcək. Lakin hələlik onun müqaviləsi var, ona görə də klubun bu qərarına tabe olmalıdır.

Aut.az

Exit mobile version