AUT.AZ

Anlaşılmazlıq həll olundu, qalır

Joze Mourinyo və “Roma” növbəti mövsümdə əməkdaşlığı davam etdirmək qərarına gəlib.

Aut.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Mourinyo ilə “Roma” rəhbərliyi arasında müəyyən fikir ayrılıqları olsa da, son günlər onlar həll olunub. Hər iki tərəf birgə işi davam etdirməkdə maraqlıdır.

Mourinyo 2021-ci ilin yayından “Roma”dadır. Bu mövsüm o, komandanı Avropa Liqasının finalına çıxarıb. Ötən il isə Konfrans Liqasının qalibi edib.

Aut.az

Exit mobile version