AUT.AZ

Vidalaşdı: İndi getmək əsl sevginin ifadəsidir

Luçano Spaletti “Napoli” ilə vidalaşıb.

Aut.az xəbər verir ki, Spalettinin verdiyi qısa açıqlamada deyilir:

“İndi getmək əsl sevginin ifadəsidir. Əlimdə olan hər şeyi verdim. Sevdiyim işi davam etdirməyə artıq gücüm yoxdur.

Düşünəndə ki, hətta 10 ildən sonra da Neapola  qayıdıb çoxlu insanlarla dostluq edə bilərəm, xoşbəxt oluram”.

Xatırladaq ki, Spaletti “Napoli” ilə İtaliya çempionu olub. Bu, klub üçün son 33 ildə ilk Skudettodur.

Aut.az

Exit mobile version