AUT.AZ

“Uembli”də Ronaldonun çılğın fanatını döydülər – VİDEO

“Mançester Yunayted”in və Kriştiano Ronaldonun çılğın fanatı, eləcə də məşhur blogger IShowSpeed İngiltərə kubokunun final matçında hücuma məruz qalıb.

Aut.az xəbər verir ki, “Uembli”də keçirilən final matçı zamanı azarkeşlərdən biri qəflətən ona hücum edib.

Narazı izləyici bloggerə hücum edərək onu itələyib. Buna görə də, dərhal cangüdən tərəfindən cəzalandırılıb. Böyük ehtimalla, həmin fanatı bloggerin oyun zamanı canlı yayım açması narahat edib.

Aut.az 

Exit mobile version