AUT.AZ

“Qarabağ”ın 4 legionerinə milli dəvət

“Qarabağ”ın 4 legioneri milli komandalara dəvət alıb.

Aut.az xəbər verir ki, Marko Veşoviç və Marko Yankoviç Monteneqro millisinin AVRO-2024-ün seçmə mərhələsində iyunun 17-də Macarıstan ilə, iyunun 20-də isə Çex Respublikası ilə yoldaşlıq oyununa dəvət alıblar.

Luka Quqeşaşvili AVRO-2024-ün seçmə mərhələsində iyunun 17-də Kipr, 20-də isə Şotlandiya ilə qarşılaşmalar üçün Gürcüstan yığmasına çağırılıb.

Leandro Andrade iyunun 12-də Mərakeş, 18-də isə Burkina Faso ilə oyunlar üçün Kabo-Verde millisinə dəvət alıb.

Exit mobile version