AUT.AZ

“Qalatasaray” “Fənər”ə aman vermədi

Türkiyə çempionatının 37-ci turuna “Qalatasaray” – “Fənərbaxça” derbisi ilə yekun vurulub.

Aut.az xəbər verir ki, ötən tur çempionluğunu rəsmiləşdirən “sarı-qırmızılar” əzəli rəqiblə görüşdə qələbə qazanıblar. Çempionluq kubokunun təqdim edildiyi oyunda “Qalatasaray” “Fənərbaxça”nı məğlub edərək bayramı bayrama qatıb. Rəqib meydanında 3:0 hesabı ilə qələbə qazanan Okan Burukun komandası eyni nəticəni təkrarlayıb.

Bu nəticədən sonra “Qalatasaray” 85 xalla 1-ci, “Fənərbaxça” 77 xalla 2-ci pillədə qərarlaşıb. “Beşiktaş” eyni xalla 3-cüdür.

Qeyd edək ki, “Qalatasaray” tarixində 23-cü dəfə Türkiyə çempionu titulunu qazanıb.

Qalatasaray – “Fənərbaxça” – 3:0

Qollar: Zaniolo, 28, 79, İkardi, 71

Exit mobile version