AUT.AZ

Liqa 1-in ən yaxşı o oldu

Argentinalı hücumçu Lionel Messi “WhoScored”-un versiyasına görə Liqa 1-də mövsümün ən yaxşı oyunçusu olub.

Aut.az xəbər verir ki, “WhoScored” mövsümün rəmzi komandasını da tərtib edib. Bu komandada ən yüksək reytinq Lionel Messidədir – 8,3.

Simvolik komandaya PSJ-dən Kilan Mbappe də düşüb. Onun reytinqi 7,8 olub.

2022/2023 mövsümündə Messi 32 matçda iştirak edib, 16 qol vurub və 16 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version