AUT.AZ

Krivotsyuk oynadı?

Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi “Texon Xana Sitizen” Cənubi Koreya çempionatında növbəti oyununa çıxıb.

Aut.az xəbər verir ki, sözügedən kollektiv XXVI turda “İnçeon”la qarşılaşıb. 4 qolun vurulduğu oyun Krivotsyukun komandasının məğlubiyyəti ilə başa çatıb – 1:3.

Anton da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan müdafiəçi sona qədər oynayıb. Azərbaycanlı müdafiəçi 56-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Exit mobile version