AUT.AZ

“Hillsboro” faciəsini təhqir edən şəxs həbs edildi – FOTO

 “Uembli”də keçirilən İngiltərə Kubokunun finalında “Hillsboro” faciəsini təhqir edən köynək geyinən “Mançester Yunayted” azarkeşi həbs edilib.

Aut.az xəbər verir ki, adı açıqlanmayan bir şəxs sosial mediada 1989-cu ildə Şeffilddəki faciədə ölən “Liverpul” azarkeşlərinin sayına işarə edən 97 nömrəli və “Yetərli deyil” ifadəsi yazılmış xüsusi “Yunayted” formasında çəkilmiş şəklini yayıb.

Şəkildə kişinin üzü görünməsə də, paytaxt polisi “The Independent”ə təsdiqləyib ki, onlar adamı asayişi pozduğuna görə həbs ediblər. Bundan bir müddət sonra internetdə əli qandallı bir adamın polis mikroavtobusuna mindirildiyi fotoşəkil peyda oldu.

Aut.az

Exit mobile version