AUT.AZ

DÇ-də sensasiya: Braziliyanı məğlub edib yarımfinala çıxdılar

Argentinada gənclər arasında dünya çempionatı davam edir.

Aut.az xəbər verir ki, çempionatda 1/4 final qarşılaşmaları keçirilir və sensasiyalar qeydə alınır.

Daha bir sensasiya İsrail-Braziliya oyununda yaşanıb. İsrail qalib gələrək yarımfinala vəsiqə qazanıb. – 3:2.

Qarşılaşmanın əsas vaxtı heç-heçə yekunlaşıb – 1:1. Əlavə vaxtda isə İsrail qələbəni təmin edib. Baxmayaraq ki, bu oyunda Braziliya iki dəfə öndə olub.

İsrail yarımfinalda ABŞ-Uruqvay görüşünün qalibi ilə qarşılaşacaq.

Digər 1/4 final oyununda İtaliya Kolumbiyaya qalib gəlib – 3:1. İtaliya yarımfinalda Cənubi Koreya – Nigeriya cütünün qalibi ilə qarşılaşacaq.

Aut.az

Exit mobile version