AUT.AZ

Benzema “Real”dan ayrıldı – Rəsmi açıqlama

Kərim Benzemanın “Real” karyerası yekunlaşıb.  

Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Karl klubu”nun açıqlamasında deyilir:

“Real” və kapitanımız Kərim Benzema klubumuzdakı parlaq və unudulmaz dövrünü başa vurmağa razılaşıb.

“Real” artıq ən böyük əfsanələrimizdən biri olan Benzemaya öz təşəkkürünü və minnətdarlığını bildirmək istəyir.

Benzema klubumuza 2009-cu ildə, cəmi 21 yaşı olarkən qoşulub. O, tariximizin qızıl illərində əsas oyunçu olub.

On dörd mövsümdə o, 25 titul qazanıb  ki, bu da “Real” üçün rekorddur. “Real” həmişə onun evi olub və olacaq. Ona və bütün ailəsinə həyatının yeni mərhələsində ən yaxşısını arzulayırıq”.

Aut.az

Exit mobile version