Bu gün Azərbaycanda 2022-23-cü illər futbol mövsümünə rəsmən yekun vurulub.
Aut.az xəbər verir ki, “Bakcell Arena”da Azərbaycan Kubokunun final oyunu keçirilib. Həlledici qarşılaşmada “Neftçi” və “Qəbələ” üz-üzə gəlib.
Paytaxt klubu 11-ci, bölgə təmsilçisi isə 5-ci dəfə finalına çıxıb. “Ağ-qaralar” 6-cı, “qırmızı-qaralar” isə 2-ci dəfə kuboka yiyələnməyə çalışıb.
Bu, həm də “Neftçi” ilə “Qəbələ”nin 9 ildən sonra ölkə kubokunun finalında ikinci dueli olub. 2013-14 mövsümündəki həlledici qarşılaşmada bakılılar oyunsonrası penaltilərlə qalib gəlmişdilər. Bu dəfə də oyunun əsas vaxtı heç-heçə bitib. Amma oyun penaltilər seriyasına qədər uzanamayıb. “Qəbələ” əlavə vaxtda penaltidən vurduğu qolla qələbə qazanmağı bacarıb.
Neftçi – Qəbələ 0:1 Qol: İsnik Alimi, 102-pen.
Baş hakim: İnqilab Məmmədov
Köməkçi hakimlər: Kamran Bayramov, Vüsal
Dördüncü hakim: Tural Qurbanov
VAR hakimi: Əliyar Ağayev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena” stadionu
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya. Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 2. Mert Çelik, 27. Fərid Yusifli, 91. Ağadadaş Salyanski, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski. Baş məşqçi: Laurentsiu Regekampf. Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 9. Əyyub Allaş. Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 34. Ürfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 12. Rüfət Əhmədov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andery Strijak. Baş məşqçi: Elmar Baxşıyev.