AUT.AZ

Avroliqanın ən yaxşı futbolçusu o oldu

Avropa Liqasında 2022/2023 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

Aut.az xəbər verir ki, “Sevilya”nın kapitanı Xesus Navas bu ada layiq görülüb. Bu barədə UEFA məlumat yayıb.

37 yaşlı Navas Avropa Liqasında bu mövsüm 9 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.

“Sevilya” finalda “Roma”ya penaltilərlə qalib gələrək 7-ci dəfə Avropa Liqasının qalibi olub.  Navas “Sevilya” ilə karyerasında dördüncü dəfə (2006, 2007, 2020, 2023) sözügedən turnirdə çempion olub.

Exit mobile version