AUT.AZ

Zelenskini bu döyüşə dəvət edəcək

Ağır çəkidə WBA, WBA, IBF və IBO çempionluq kəmərlərinin sahibi Aleksandr Usik etiraf edib ki, Daniel Dyuba ilə döyüşü zamanı Ukrayna prezidenti Vladimir Zelenskini tamaşaçılar arasında görmək istərdi.

“Şübhə yoxdur ki, biz Vladimir Aleksandroviçə (Zelenskiyə) rəsmi dəvət göndərəcəyik. Vaxtı olsa… Amma başa düşürük ki, o, demək olar ki, 24 saat məşğuldur. Mən prezidentlə dəfələrlə görüşmüşəm və  yorğunluğun ona necə təsir etdiyini görmüşəm. O, bunu büruzə verməyə bilər, amma gecə-gündüz işlədiyi aydındır.

Bəlkə onun gəlişi ilə bağlı rəsmi açıqlama olmayacaq. Bəlkə yan tərəfdə hardasa döyüşə baxacaq. Ola bilər. Ancaq Vladimir Aleksandroviçi tanıyaraq, gəlsə, birinci sırada yer alacaq”, – deyə Usik bildirib.

Aut.az

Exit mobile version