AUT.AZ

Son oyun onun üçün də sonuncu olacaq

 PSJ-nin baş məşqçisi Kristof Qaltye cari mövsümün sonunda postunu tərk edəcək.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “L’Équipe” yayıb. Bildirilir ki, “Klermon”la matçı fransalı mütəxəssis üçün komandada sonuncu olacaq. Bu qarşılaşmadan sonra Qaltye ilə əməkdaşlığa son qoyulduğu elan ediləcək.

Qeyd olunur ki, PSJ yeni məşqçi tapmaq üçün prosesləri sürətləndirib.

Qaltyenin parislilərlə hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. PSJ 56 yaşlı mütəxəssisinin rəhbərliyi altında Fransa çempionluğunu, Superkubokunu qazanıb.

Xatırladaq ki, PSJ bu gün, iyunun 3-də mövsümün son matçına çıxacaq. Parislilər çempionatın 38-ci turunda “Klermon”la qarşılaşacaq.

Aut.az

 

Exit mobile version