AUT.AZ

“Real”ın futbolçusu “Qarabağ”ın yeni transferini təbrik etdi – Fotofakt

“Real”ın fransız müdafiəçisi Ferlan Mendi “Qarabağ”ın yeni transferi Hamidu Keytaya təbrik ünvanlayıb. 

Aut.az xəbər verir ki, Keyta instaqram hesabında – “Yeni mübarizə, yeni ailə. Sizinlə birgə olmaqdan çox məmnunam. İrəli, “Qarabağ”, – deyə foto paylaşıb. Ferlan Mendi isə həmyerlisinin paylaşımına şərh yazıb və təbrik edib.

Keyta və Mendi 2014-2015-ci illərdə Fransa təmsilçisi “Havr”da komanda yoldaşı olublar.

Qeyd edək ki, “Qarabağ” Keyta ilə 2026-cı ilin iyun ayınadək müqavilə bağlayıb.

Exit mobile version