AUT.AZ

Ramazan ayında üzləşdiyi problemlərdən danışdı

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında qarşılaşdığı yeniliklər barədə danışıb.

Aut.az xəbər verir ki, o, Ramazan ayında saat 22:00-da məşq etməyin ona qəribə gəldiyini söyləyib:

“Avropa futbolunda da həmişə müəyyən çətinliklər olur. Fakt budur ki, orada biz daha çox səhərlər məşq edirik, burada isə Ramazanda günorta və hətta gecələr hazırlıqlar olur. Ramazan başlayanda bəzən saat 22:00-da məşq edirdik. Bu, mənə çox qəribə gəlir.

Ancaq bu təcrübə, xatirələr və tamamilə yeni bir vəziyyətdir. Mən bu şəkildə yaşamağı sevirəm, çünki biz yeni mədəniyyətlərdən öyrənirik.Bəli, çətindir, amma indiyə qədər yaşamadığım heç nə yoxdur”.

Qeyd edək ki, Ronaldo 2022-ci ilin 30 dekabrından “Əl-Nəsr”də çıxış edir.

Exit mobile version