AUT.AZ

Rəsmi: İbra sabah “Milan”da ayrılır

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç cari mövsüm başa çatdıqdan sonra klubu tərk edəcək.

Aut.az xəbər verir ki, “rossonerilər” mətbuata bildiriblər ki, bazar günü A Seriyasının 38-ci turunun “Verona” ilə ev oyunundan sonra “San Siro”da 41 yaşlı futbolçu ilə qısa vida mərasimi keçiriləcək.

İsveçlinin müqaviləsi iyunun 30-da başa çatır. 2022/23 mövsümündə Zlatan zədə səbəbindən “Milan”ın heyətində cəmi dörd oyun keçirib və bir qol vuraraq İtaliya çempionatının tarixində qol vuran ən yaşlı futbolçu olub. Forvard 2020-ci ildən “qırmızı-qaralar”da çıxış edir. Bundan əvvəl o, 2010-2012-ci illərdə də klubun rənglərini qoruyub.

Aut.az

Exit mobile version