AUT.AZ

O da “Real”dan getdi – Rəsmi açıqlama

“Real”ın 29 yaşlı dominikanlı hücumçusu Mariano Dias komandadan rəsmən ayrılıb.

Futbolçunun müqaviləsi iyunun sonuna kimi nəzərdə tutulmuşdu. Tərəflər yeni müqavilə bağlamayıblar.

Dias 2011-2016-cı illərdə “Real”ın akademiyasında olub. Bundan sonra əsas komandaya yüksəlib. Daha sonra 2017-ci ildə “Lion”da icarə əsasında oynayıb,  lakin sonra “kral klubu”na qayıdıb.

Diasın “Real”ın heyətində 84 matçda 12 qol vurub və 3 məhsuldar ötürmə verib. O, “kral klubu”nda 13 titul qazanıb: iki Çempionlar Liqası, üç Klublararası Dünya Kuboku, iki Avropa Super Kuboku, üç La Liqa, bir Kral Kuboku və üç İspaniya Super Kuboku.

Aut.az

 

Exit mobile version