AUT.AZ

Nazir də onu danladı

İtaliyanın idman naziri Andrea Abodi “Roma”nın baş məşqçisi Joze Mourinyonu və azarkeşləri Avropa Liqasının final matçının sonunda baş hakim Entoni Teylora hücuma görə qınayıb.

“Biz həmişə deyirik: idman hər kəsə uduzmağı öyrədir. İdmanda və həyatda ədalətsiz hesab etdiyimiz məğlubiyyətlər var, lakin bu, heç vaxt qəbuledilməz münasibətə, nitqə, davranışa haqq qazandıra bilməz. Xüsusən də bunu peşəkarlar edirsə” – Abodi sosial şəbəkədə yazıb.

“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının final matçını idarə edən ingilis hakim Entoni Teyloru təhqir edib. UEFA portuqaliyalı mütəxəssisə qarşı intizam işi açıb. Mourinyo matç rəsmilərini söyməkdə günahlandırılır. O, diskvalifikasiya ilə üzləşə bilər.

Aut.az

Exit mobile version