AUT.AZ

Nazim Süleymanovun sabiq klubu Putinə məktub yazdı

“Alaniya”nın azarkeşləri komandanın pley-offda iştirakına icazə verilməsi xahişi ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putinə məktub yazıblar.

Aut.az xəbər verir ki, bu barədə “Metaratings.ru” məlumat yayıb. Vladiqafqaz klubu 2022/2023 mövsümündə Melbet – Birinci Liqada üçüncü yeri təmin edərək, elitaya yüksəlmək üçün pley-offda oynamaq hüququ qazanıb.

Lakin “Alaniya” Rusiya Futbol İttifaqından müvafiq lisenziya ala bilməyib. “Alaniya” yenidənqurma işlərinə görə daha bir il öz stadionunda ev oyunlarını keçirə bilməyəcək.

Qeyd edək ki, əfsanəvi azərbaycanlı futbolçu Nazim Süleymanov vaxtilə “Alaniya”da çıxış edib və bu komandanın heyətində Rusiya çempionu olub.

Aut.az

Exit mobile version