AUT.AZ

Mer elan etdi: Fəxri vətəndaş olacaq

“Napoli”nin baş məşqçisi Luçano Spaletti Neapolun fəxri vətəndaşı elan ediləcək.

Aut.az xəbər verir ki, bu barədə şəhərin Qaetano Manfredi məlumat verib.

“Spalletti Skudettonu böyük peşəkarlıq, fədakarlıq və soyuqqanlılıqla götürdü. Söhbət bu şəhərə çox şeylər bəxş edən böyük məşqçidən gedir. Şəhər şurası yekdilliklə ona fəxri vətəndaş statusu verilməsi barədə qərar qəbul edib. Biz artıq prosedura başlamışıq”, -deyə “Sky Sport Italia”  merdən sitat gətirib.

Aut.az

Exit mobile version