AUT.AZ

İki ay əvvəl yoxa çıxan idmançını meyiti tapıldı

Norveçli turist 22 yaşlı yerli biatlonçu Eyvind Sporalandın meyitini tapıb.

Aut.az xəbər verir ki, Eyvind iki ay əvvəl yoxa çıxmışdı və bu müddət ərzində itkin düşmüş hesab edilib.

Polis bildirib ki, cəsədin həqiqətən də idmançının olduğu haqda dəqiq məlumatı onun yarılmasından və müvafiq müayinələrdən sonra deyə biləcəklər.

Eyvindi martın 19-dan bəri axtarırdılar. İdmançının yoxa çıxmasından bir neçə gün sonra onun psixi sağlamlıq problemlərinin olduğu məlum olub.

Sporaland 2021-ci il Norveçin gənclər çempionatında ikinci olub.

Aut.az

 

Exit mobile version