AUT.AZ

Gündoğan “Siti”yə ikinci titulu da qazandırdı, qaldı…

“Uembli”də İngiltərə kubokunun final qarşılaşması keçirilib.

Aut.az xəbər verir ki, finalda “Mançester Yunayted”lə “Mançester Siti” qarşılaşıb. Qarşılaşma “Siti”nin qələbəsi ilə yekunlaşıb – 2:1. “Şəhərlilər”in hər iki qolunu İlkay Gündoğan vurub.

Beləliklə, “Siti” İngiltərə çempionluğundan sonra İngiltərə kubokunu da qazanıb.

Qvardiolanın komandası Çempionlar Liqasının qalibi olsa,  tarixi nailiyyətə imza atmış olacaq.

Aut.az

 

Exit mobile version